İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.
Oxu24.com xəbər verir ki, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186 500 manata, digər nəqliyyat vasitəsi 7 100 manata satılıb.
Avtomobillərin siyahısı ilə //clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 14, 18, 25 və 27 fevralda keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılacaq.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.