Türkiyənin Şanlıurfa vilayətində toy karvanı dəhşət saçıb.
Medianews.az xəbər verir ki, avtomobilin pəncərəsindən çıxacaraq silahla havaya atəş açan şəxs ehtiyatsızlıqdan yerə yıxılıb.
Jandarma qrupları sosial mediada yayımlanan görüntüləri araşdıraraq həmin şəxsi saxlayıb.
Əməliyyat zamanı saxlanılan H.O. polis bölməsinə aparılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az