Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırır.
“Qafqazinfo” xəbər verir ki, “Rus Evi” bu barədə feysbuk hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo” nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər görür”, – deyə paylaşımda qeyd olunub.