RU

"Şagirdlərimizi kütləvi repetitorluqdan xilas edərək məktəblərə qaytarmalıyıq" - Zahid Orucun təhsillə bağlı harayı

"Azərbaycan dövləti inkişafının yeni mərhələsində mühüm çağırışlar qarşısındadır. Tariximizdə ilk dəfə, prezident İlham Əliyevin liderliyi altında qazandığımız qələbədən sonra təkcə yerləşdiyimiz regionda deyil, bütün dünyada xalqımızın layiqli yeri və rolu müəyyənləşir".

Redaktor.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, "Paşa Holding"in dəstəyi ilə Bakıda keçirilən İnsan İnkişafı Forumunda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, deputat Zahid Oruc deyib.

O, qeyd edib ki, insan kapitalı 35 ildir ki, konkret elmi parametrlərə əsaslanır.

"Lakin ən güclü indeksi daşıyan millətlər belə, tarixən konfliktlər məkanı qafqazlarda əsrlərlə məğlub xalq durumunda yaşaya bilər. Son 200 ildə xalqımızın güclü elitasının formalaşdığı dövrlərdə milli nailiyyətlərimiz yalnız hərbi gücümüzdən asılı olub. İndi 35 il sonra tam əminliklə demək olar ki, 90-cı illərin savaşını nə xalq, nə də ordu uduzmuşdu, o dövrdə dövləti millətin qabaqcıl və aparıcı hissəsi idarə etmədiyi üçün məğlubiyyət qaçılmaz idi. Bəli, ikinci Qarabağ müharibəsinin nəticələri ilk növbədə, insan kapitalının gücü ilə birbaşa bağlıdır. Bir vaxtlar marşal Baqramyan öz ölkəsinin 100 yeniyetməsini seçib Moskvaya aparmışdı ki, onlar gələcəkdə sovet akademiyasının ön sıralarını tutacaqlar. Onun planı işlədi, həqiqətən onlarla erməni akademiki Sovetlər Birliyinin rəhbərliyinə yüksəldilər, sonra xalqımıza qarşı birinci müharibədə həlledici zərbəni də onlar vurdular. Lakin 2021-ci ildə, sabiq prezident Armen Sarkisyan məcburən dedi ki, biz elmdə, mədəniyyətdə, yaradıcılıqda, qlobal informasiya məkanında, nəhayət, ordu quruculuğunda prezident İlham Əliyevə uduzduq".

Millət vəkili bildirib ki, indi millətimizin 70 mindən çox qəhrəman oğulu sinələrində orden və medalı daşıyır:

"Ən böyük kapitalımız qalib azərbaycanlılardır. Dövlət quruculuğunda belə güclü resurs milli tarximizdə heç vaxt olmayıb. Uzun illər neftin hökmranlığı altında olan bir cəmiyyət- qara qızılın sənaye üsulu ilə çıxarılmağa başladığı 1847-ci ildən bu yana ilk dəfə, ölkəmiz tarixi sarsıntılardan və sınaqlardan qalibiyyətlə çıxan övladlara malikdir. Bir tarixi fakta diqqət edək-1918-ci ildə ali təhsillilərimizin sayı cəmi 418 nəfər təşkil edirdi. Əlbəttə, mədrəsələr xalqımızın təkcə dini, mənəvi deyil, həm də ilk təhsil ünvanlarından biri idi və Şərqin mütəfəkkirləri orada formalaşırdı. Lakin sovet illərində milli göstəricilərimiz həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə məruz qaldı. 1918-ci illə müqayisədə ötən əsrin 50-ci illərində orta məktəblərin sayı 900-ə, alimlərin sayı 1500-ə, ali təhsillilərin sayı 200 minə çatmışdı. İndi 4400-dən çox orta, 57 ali təhsil müəssisəsi, milyonlarla ali və orta ixtisas təhsilli mütəxəssis, 11 mindən artıq alimimiz var.

Cənab prezident 21-ci əsrdə Azərbaycan insanını dəyişdi, ona yeni milli kimlik qazandırdı. Son iki əsrin məğlubiyyəti və köçünlüyü, qaçqınlığı, iqtisadi itkiləri hər bir azərbaycanlıda dərin məyusluq, öz gücünə inamsızlıq və komplekslər yaratmışdı. Bəli, qafqazlarda məğlubları, gücsüzləri sevmirlər. 2020-ci ilin müqəddəs müharibəsi təkcə ərazi bütövlüyü və suverenlik qazandırmadı, həm də milyonlarla insanı əqli, mental və kültür baxımından özgüvənə yiyələndirdi. 44 günlük Qurtuluş savaşımız bütöv Azərbaycan vətəndaşı formalaşdırdı. Ona görə də inqilabların ən böyüyü kapital uğrunda deyil, insanları mənən-ruhən bütövləşdirəndir".

Zahid Orucun sözlərinə görə, hazırda dünyada yalnız sistemli hərbi, siyasi-iqtisadi deyil, həm də ən başlıcası-idarəçilik böhranı yaşanır.

"Dünya tarixi göstərir ki, Amerika ar-zularının, Sinqapur\Yaponiya möcüzələrinin bir yaradıcısı var – savadlı insan-vətəndaş. “Beyin axını” sərvətlərin damla-damla azalması deməkdir. Biz şagirdlərimizi kütləvi repetitorluqdan xilas edib, orta məktəblərə-pedaqoji mühitə, canlı tədris prosesinə, mənən güclü şəxsiyyətlər kimi formalaşa biləcəkləri kollektivə qaytarmalıyıq. Yüksəliş müsabiqəsinin qaliblərinin dövlət idarəetməsinin bütün sferalarında yerləşməsi prosesi gedir.

İndi Amerika və dünya siyasətinin məhək daşlarını tərpədən Tramp administrasiyası idarəetmənin effektivliyi vəzifəsini uğur simvolu İlon Maska tapşıraraq, bütün sahələrdə qlobal dəyişikliklərə yol açır. Ölkəmiz də belə bir mərhələni yaşayır. Neftdən Yaşıl enerjiyə-Yaşıl Azərbaycan quruculuğuna keçid hər bir azərbaycanlının həyatında yeni təfəkkür və yanaşmalar deməkdir.

Bildiyiniz kimi, 1990-cı ildə BMT zirvə görüşündə “İnsan potensialının inkişafı” və “İnsan potensialının inkişafı indeksi” müəyyənləşdirildi. Beləliklə, təkcə gəlirlər deyil, insanın sağlamlığı, təhsil səviyyəsi, ətraf mühitin qorunması da xüsusi meyarlar kimi seçildi.

İnkişaf üçün belə formul antik dövrdə-hələ texnologiyanın və elmin inkişaf etmədiyi qədim zamanlarda da belə idi-filosof Aristotel deyirdi-“sərvət bizim cəhd etdiyimiz nemət deyil, o, nəyinsə naminə faydalıdır”. 19-cu əsrin parlaq iqtisadçıları Adam Smit, Con Mill də iqtisadi artıma ali məqsədlərə nail olunmanın vasitəsi kimi baxırdılar", - deyə STM rəhbəri bildirib.

Deputat xatırladıb ki, 1960-cı illərdən başlayaraq, işçi qüvvəsinin təhsil səviyyəsi və peşəkar hazırlığı ön yerə qoyuldu:

Избранный
22
3
aznews.az

5Источники