RU

Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq"

Sərəncamımızda olan futbolçulardan ən ideal komandanı ortaya çıxartmağa və Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının II seçmə mərhələsinə hazırlığı dəyərləndirərkən deyib.

Mütəxəssis çempionatda yaxşı çıxış etməyə çalışacaqlarını söyləyib:

“Yenidən təlim-məşq toplanışına başlamışıq. Sərəncamımızda olan futbolçulardan ən ideal komandanı ortaya çıxartmağa və Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq. Əslində sərəncamımızda o qədər də çox oyunçu yoxdur. Şükür ki, zədələnən olmayıb. Oynada biləcəyimiz ən yaxşı futbolçuları seçmişik”.

O, qrupun favoriti kimi Şimali İrlandiya yığmasını göstərib:

“Rəqibləritəhlil etmişik, hər biri güclüdür. Şimali İrlandiya qrupun favoritidir. İlk oyunumuz məhz onlara qarşı olacaq. Açığı, ilk matçdan çox şey asılı olacaq. Qadın futbolunda dünyada tanınmış ölkə deyilik. Bu səbəbdən ciddi nəticəyə iddia edə bilmirik. Bacardığımızı ortaya qoymağa çalışacağıq”.

Qeyd edək ki, U-19 fevralın 15-dən 26-dək Albaniyada təşkil olunacaq Avropa çempionatının II seçmə mərhələsinin B qrupunda mübarizə aparacaq. Milli fevralın 18-də Şimali İrlandiya, 21-də Albaniya, 24-də isə Monteneqro ilə üz-üzə gələcək.

Избранный
5
report.az

1Источники