RU

ADY və FHN növbəti birgə təlim keçirdi

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fövqəladə hallar zamanıinsanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədiləaidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlərkeçirir.

Trend xəbər verir ki, bu barədə "AzərbaycanDəmir Yolları" QSC məlumat yayıb.

Növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY vəAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran RegionalMərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyatqəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.

Təlimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YevlaxRayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz TibbiYardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası vərayonun mülki müdafiə qüvvələri cəlb olunub.

ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallarqatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baştutub.

ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə,nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəmverir.

Избранный
26
17
az.trend.az

10Источники