RU

Bakıda qaynını döyən şəxs qəzaya səbəb oldu

Bakıda hərəkətdə olan avtomobildə qayın kürəkənini döyərək, qəzaya səbəb olub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində baş sürücü vəzifəsində işləyən Allahverdi Ə. kürəkəni Elnuru döydüyünə görə barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.  

Məlum olub ki, Elnurla həyat yoldaşı L.Ə. arasında mübahisə yaranıb. L.Ə. bundan əsəbləşərək atasının evinə gedib. Həyat yoldaşı ilə barışmaq istəyən Elnur idarə etdiyi "Toyota Prius" markalı avtomobillə qaynatasının evinə gedib. Qaynı Allahverdi isə onun hərəkətlərinə əsəbləşib və aralarında sözlü mübahisə yaranıb. Bundan sonra Elnur Allahverdiyə yaşadıqları evdən bir qədər kənarda söhbət etməyi təklif edib. O, da Elnurla razılaşaraq, sonuncunun maşınına əyləşib. 

Bir qədər hərəkət etdikdən sonra onlar arasında yenidən mübahisə yaranıb. Allahverdi əsəbiləşərək, onun üzündən əli ilə vurub. Aldığı zərbə səbəbindən Elnur əlini hərəkətdə olan avtomobilinin sükanından buraxaraq və maşın yoldan çıxaraq divara çırpılıb.

Məhkəmənin qərarı ilə Allahverdi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 1200 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. 

Избранный
15
6
news24.az

7Источники