RU

Azərbaycanda toyuq əti niyə günü-gündən bahalaşır?

Ekspert: bazarda toyuq ətinin alternativlərinn bahalaşması avtomatik olaraq qiymətə təsir edir.

Son dövrlərdə Azərbaycanda bir çox məhsulda qiyməti artımı baş verir. Bu artım xüsusilə qida məhsullarında, o cümlədən toyuq ətində özünü daha qabarıq şəkildə göstərir. Hazırda toyuq ətinin kilosu  6-8, manat civarında dəyişir.

Bəs bu bahalaşmanın səbəbi nədir?

Hazırda marketlərdə toyuq əti qiymətləri aşağıdakı kimidir:

1

Bütöv toyuq Siyəzən

1200 qram

7 manat 31 qəpik

2

Bütov toyuq Mərcan

1400 qram

9 manat 73 qəpik

3

Şirvan toyuq 1 kilo

5 manat 65 qəpik

4

Hicaz toyuq 1 kilo

 5 manat 69 qıpik

5

Səba 1 kilo

7 manat 15 qəpik

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Operativ Media-ya açıqlama verib.

O bildirib ki, qiymət artımı hazırda demək olar ki hər yerdə baş verir. Hazırda ölkədə bahalaşma həm qırmızı ətdə, həm də balıq məhsullarında müşahidə olunur. Bu artım öz növbəsində toyuq ətinin bahalaşmasına gətirib çıxarır. Quşçuluq məhsullarının əsas rəqibi qırmızı ət və balıq hesab edilir. Sahibkar qırmızı ətin və balıq məhsullarının bahalaşmasını gördükdə qiymət fərqini saxlayaraq məbləği artırır. Misal üçün əvvəl mal əti 15 manat, toyuq əti isə 4 manat idisə indi mal əti 20 manat, toyuq əti isə 6-7 manat olub. Yəni bazarda toyuq ətinin alternativlərinin bahalaşması avtomatik olaraq qiymətə təsir edir və imkan verir ki, toyuq məhsulları bahalaşsın.

Eyni zamanda, hazırda tələbat da bu qiymətə təsir edir. Bu bahalaşmaya dövlətin verdiyi qərarlar da təsir edib. Ötən ilin yay aylarında dizel yanacağının artımı qiymətlərə təsir edir. Dizel yanacağının 25 faiz artırılması çox böyük bir artım hesab edilir. Dizel yanacağının artımı birbaşa olaraq sahibkarın xərcini artırır. Bu zaman da sahibkar məhsulun qiymətini artırmağa məcbur olur.

Bu ilin yanvar ayından da bildiyiniz kimi həm qazın, həm də işığın qiyməti qaldırıldı. Bu da heyvandarlıq, quşçuluq və eyni zamanda digər sahələrdəki fabrik və zavodların xərcinin artması deməkdir. Bildiyiniz kimi, quşçuluq sahəsində istilik çox önəmlidir. Bu xərclər üst-üstə gəldiyi zaman məhsulun qiymətində artım müşahidə olunur.

Eyni zamanda, minimum əmək haqqı da artırıldı əlbəttə bu çox müsbət addımdır. Amma bu da sahibkara təsir edir. Bu zaman maaşı artırmaq üçün sahibkar məcbur olaraq ixrac etdiyi məhsulun qiymətini qaldırır".

Избранный
13
operativmedia.az

1Источники