RU

Argentina çempionu “Spartak”ın heyətinə qatıldı

Argentinalı yarımmüdafiəçi Pablo Solari Rusiya "Spartak"ının futbolçusu olub.

Yenisabah.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Pablo artıq BƏƏ-də təlim-məşq toplanışında "qırmızı-ağlar"a qoşulub. O, "Spartak"da 7 nömrə altında çıxış edəcək.

Solarinin əvvəlki klubu Argentinanın “River Pleyt”idir. O, 2022-ci ilin yayından "River Pleyt"də  110 matçda 30 qol vurub və 17 məhsuldar ötürmə edib. Komandanın tərkibində Solari Argentina çempionu, Superkubok və Çempionlar Kubokunun qalibi olub.

Solari həm də Çili çempionu, ölkə kubokunun və Superkubokunun qalibidir.


Telegram kanalımız
Избранный
21
yenisabah.az

1Источники