RU

Bu il Maskın sərvəti ilk dəfə 400 milyarddan aşağı düşdü


İlon Maskın sərvəti təsis etdiyi “Tesla”nın səhmlərinin qiymətində əhəmiyyətli azalma fonunda 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, avtomobil istehsalçısının səhmlərinin dəyəri dekabrın ortalarında tarixi maksimuma çatdıqdan sonra 27% ucuzlaşıb.
Ucuzlaşma, xüsusilə keçən həftə, satış həcminin azalması ilə bağlı xəbərlər fonunda “Tesla” səhmlərinin 11% ucuzlaşması zaman daha kəskin olub.
Xüsusilə, Almaniyaya avtomobil tədarükü 59% azalaraq, 2021-ci ildən bəri antirekordu vurub. Çində satışlar isə ötən illə müqayisədə 11,5% azalıb. Fevralın 10-da “Tesla”nın səhmlərinin qiyməti ardıcıl dördüncü gün azalaraq, 3% dəyər itkisi ilə 350,73 dollara düşüb.
Agentliyin məlumatına görə, dekabrda “Tesla” səhmləri Maskın sərvətinin 60%-dən çoxunu təşkil edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın inauqurasiyasından sonra milyarder diqqətinin çox hissəsini biznesə deyil, siyasətə, o cümlədən Hökumətin Effektivliyi Departamentinə (DOGE) yönəldib.
Qeyd olunur ki, Maskın Amerikanın yeni lideri ilə yaxınlığına baxmayaraq, investorların “Tesla”ya dəstək verəcəyinə dair ümidləri hələ də özünü doğrultmayıb.
Избранный
2
2
yeniavaz.com

3Источники