RU

Simonyan: Qarabağ ermənilərinin döyüşmək imkanı var idi

Qarabağ erməniləri əllərində olan silahlarla döyüşmək imkanı var idi, amma olmadı.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O əlavə edib ki, Qarabağda hökumət dəyişdi və daha sonra qondarma qurumun “DQR”in buraxılması ilə bağlı sənəd imzalanıb. 

Simonyanın sözlərinə görə, təhlükəsizlik olanda o zaman ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. 

Spiker onu da əlavə edib ki, o, Qarabağa “Artsax” deyə bilməz, siyasi fiqurdur və məsuliyyət daşıyır.

Mürtəza
Ölkə.Az

Избранный
19
1
olke.az

2Источники