RU

Trampın qəpik qadağası ölkəyə baha başa gələcək

ABŞ-da 1 sentlik sikkələrin istehsalının başa çatması metal pul istehsalının ümumi dəyərini artıra bilər.

Publika.az xəbər verir ki, CNN bu barədə ABŞ Sikkəxanasının məlumatlarına istinadən yazır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin maliyyə naziri Skot Bessentə yüksək istehsal xərclərinə görə 1 sentin buraxılmaması üçün əmr verib. Bildirilir ki, sikkə istehsalının bahalaşmasının səbəblərindən biri metalların bahalaşmasıdır.

"1 sentlik sikkələrin tədricən ləğvi daha çox 5 sentlik sikkələri (nikel) buraxmaq məcburiyyəti yarada bilər və ABŞ Xəzinədarlığı buraxdığı hər bir nikel üçün buraxdığı hər 5 sentdən daha çox pul itirir", - deyə məqalədə qeyd olunur.

Избранный
1
1
publika.az

6Источники