RU

"Apple" 18 illik özəlliyindən vaz keçir - FOTO

"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPhone SE 4"ü bu gün təqdim etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.  

Yeni telefonlarda "Home" düyməsi artıq olmayacaq. "Apple" sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı "iPhone" modelində tətbiq etmişdi. 

2012-ci ildə çıxan "iPhone 5S" ilə birlikdə "Home" düyməsi "Touch ID" (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin "Apple" 2017-ci ildə təqdim edilən "iPhone X"da üztanıma sisteminə ("Face ID") keçərək "Home" düyməsini ləğv etdi.

Şirkət "iPhone SE" modelində  (2022-ci il) sonuncu dəfə olaraq "Touch ID" və "Home" düyməsinə yer verdi. Yeni "iPhone SE" modelində (2025-ci il) yalnız "Face ID" olacaq  və barmaq izi sensoru tətbiq edilməyəcək.  Bununla da şirkət "iPhone SE 4" modeli ilə 18 illik özəlliyindən imtina edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
5
2
milli.az

3Источники