İstanbula təsirini davam etdirən qar yağışı, havaların soyuq keçməsi səbəbindən məktəblər bir gün bağlanacaq.
Bu barədə İstanbul valisi Davud Gül sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, İstanbuldakı bütün təhsil müəssisələrində 12.02.2025-ci il çərşənbə günü təhsil bir gün müddətinə dayandırılacaq.