Türkiyə birinci Liqasında 24-cü tur start götürüb.
Coşqun Diniyevin formasını geyindiyi "Çorum" doğma meydanda "Yeni Malatiyaspor"u qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
Matçın qəhrəmanı isə həmyerlimiz olub.
Millimizin üzvü hər iki qolun müəllifi olmaqla yadda qalıb.
Orta sahə oyunçusu 14 və 49-cü dəqiqələrdə fərqlənib.
Xatırladaq ki, görüş Coşqun üçün debüt matçı kimi tarixə düşüb.
O, dünən "Bandırmaspor"dan "Çorum"a transfer olunmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ