RU

Makron Paris Sammitində Hindistanın Baş naziri Modi ilə əl sıxışmadı

Fransa prezidenti Emmanuel Makron Hindistanın baş naziri Narendra Modinin Parisdə keçirilən Süni İntellekt (AI) Sammitində təbrikinə məhəl qoymayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “İzvestiya” özünün Telegram kanalında məlumat yayıb.

 

Eyni zamanda, Fransa prezidenti sammitin digər iştirakçılarının əlini sıxıb, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə öpüşüb.

 

Bazar ertəsi Parisdə süni intellektin təhlükəsiz istifadəsi üzrə beynəlxalq konfrans başlayıb və fevralın 11-dək davam edəcək.

 

Yanvarın 7-də ukraynalı jurnalist Diana Pançenko bildirib ki, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsi görüşlərdən sonra siyasi karyeralarını bitirməyə hazırlaşırlar.

 

Dekabr ayında Polşanın baş naziri Donald Tusk Makronun Donald adlı şəxslərlə əl sıxmaqda çətinlik çəkməsinə diqqət çəkmişdi.

 

Bundan əvvəl Fransa Lavrovla Makronun əl sıxmasını yüksək qiymətləndirmişdi.

 

Nigar

 

Избранный
48
9
oxu24.com

10Источники