RU

"Liverpul"da ayın ən yaxşı oyunçusu bəlli olub

"Liverpul" klubunda yanvar ayının ən yaxşı oyunçusunu seçib.

90deqiqe.Az-ın məlumatına görə, mükafatı hücumçu Kodi Qakpo qazanıb. O, azarkeşlərin səsverməsində Məhəmməd Salah və Dominik Szoboszlaini qabaqlayaraq birinci olub. Misirli və Macarıstanlılar müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qakpo yanvarda "Liverpul"la altı matçda iştirak edib.Bu görüşlərdə niderlandlı hücumçu dörd qol vurub və bir məhsuldar ötürmə edib. "Liverpul" İngiltərə Premyer Liqasının cədvəlinə başçılıq edir. Arne Slotun komandası Premyer Liqada növbəti oyununu fevralın 12-də rəqib meydanında “Everton”a qarşı keçirəcək.

Избранный
14
90deqiqe.az

1Источники