İsrailin əsas müxalifət partiyası Gələcək lideri Yair Lapid deyib ki, Baş nazir Benyamin Netanyahu HƏMAS-ın fevralın 15-də baş tutmalı olan məhbus mübadiləsini dayandırmasına görə məsuliyyət daşıyır.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Lapid yerli radiostansiyaya deyib ki, HƏMAS-ın bu qərarı Netanyahuya cavabdır və o, razılaşmanın ikinci mərhələsinə keçmək istəmədiyini dəfələrlə bəyan edib.
Məhbus mübadiləsinin bir anda həyata keçirilməsinə çağıran Lapid, İsrail hökumətinin "Qəzzada məhbusların öldürülməsinə" bərabər bir siyasət yürütdüyünü söylədi.
Lapid, Netanyahu və hökumətin vaxt udmaq üçün razılaşmanı sabotaj etməyə çalışdığını vurğulayıb.
Məhbus ailələri də Netanyahunu günahlandırır. Qəzzadakı israilli məhbusların qohumları da İsrailin atəşkəs razılaşmasından irəli gələn öhdəliklərini pozduğuna əsaslanaraq HƏMAS-ın məhbus mübadiləsini dayandırmasında Netanyahunu günahlandırıblar.
Tehran,
Sitat.info