RU

3 almanı bir dəqiqədə 198 dəfə dişləyərək rekord qırdı – Video


Ginnesin Rekordlar Kitabının daimi rekordçusu amerikalı Devid Raş bir dəqiqə ərzində janqlyorluq edib 198 ədəd üç alma dişləyərək yeni rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UMP saytı məlumat yayıb.
“Qaydalar sərtdir, ona görə də hər dişləmə kiçik, dəqiq və sürətli olmalıdır. Udmağa vaxt olmayıb (baxmayaraq ki, icazə verilib), ona görə də hərəkətə davam edərkən parçaları tüpürməli oldum”, – portal Raşdan sitat gətirib.
Qeyd edək ki, Raş yeddi il əvvəl, 2018-ci ildə Massaçusets Texnologiya İnstitutunda janqlyorluq qurultayında əvvəlki rekorda imza atıb. O zaman o, üç meyvəni 164 dəfə dişləyə bilib.
Избранный
8
yeniavaz.com

1Источники