RU

Qobuda 3 min əhalinin yaşadığı yaşayış massivində elektrik və qaz PROBLEMİ VİDEO

Normal işləməyən trasmovator sakinləri işıqsız qoyur. Qırılan qaz borusu xüsusi yapışqanla bərkidilib.

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonun Qobu qəsəbəsindəndir.

Massivdə transformator da problem yaradır. Sakinlərin sözlərinə görə, ərazidə yaşayan əhaliyə hazırda istismar müddətini başa vurmuş transformator xidmət göstərir. Bu səbəbdən tez-tez  əhaliyə verilən elektrik enerjisi kəsilir.

Azəriqaz İB-dən “Xəzər Xəbər”ə bildirildi ki, ərazidə yaşayan sakinlərdən qaynar xəttə şikayət daxil olub. Problemin aradan qaldırılması istiqamətində qısa vaxt ərzində tədbirlər görüləcək.

Qobu 2 yaşayış massivindəki problemlə bağlı Azərişıq ASC-dən isə bildirildi ki, həmin ərazidə 3 min yox, cəmi 210 abonetə xidmət göstərilir. Həmin trasformator da həmin əhaliyə kifayət edir. Ancaq ərazidə əhali sayı durmadan artır və bəziləri sənədi olmadan, sayğacsız işıqdan istifadə etməyə çalışır.

Nəticədə transformatorda yüklənmə baş verir və açılmalar olur. Mütəmadi olaraq əməkdaşlar həmin ərazidə qanunsuz işıqqoşma halları ilə mübarizə aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
9
xezerxeber.az

1Источники