RU

Zelenski Rusiyaya görün nə təklif etmək istəyir

Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər. Söhbət Rusiya ordusunun nəzarəti altında olan Ukrayna ərazilərini Kursk vilayətinin bir hissəsi ilə dəyişməkdən gedir.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” nəşrinə müsahibəsində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya ilə danışıqlar başlayarsa, Moskvaya birbaşa ərazi mübadiləsini təklif etməyi planlaşdırır. Kiyev Ukrayna ərazilərinin əvəzində Kursk vilayətinin bir hissəsini təklif edəcək. “Biz bir ərazini digərinə dəyişəcəyik”, - deyə Zelenski qeyd edib.

Bununla yanaşı, Zelenski əlavə edib ki, işğal olunmuş Ukrayna ərazilərinin hansı hissəsini tələb edəcəyini hələ ki, bilmir.

“Hələ ki, bilmirəm. Baxarıq. Lakin bütün ərazilərimiz bizim üçün əhəmiyyətlidir, heç bir prioritet yoxdur”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Избранный
6
8
publika.az

8Источники