RU

"Dövlətdən maaş alan işçilərin sayının azalması müsbət tendensiyadır, amma" - Eskpert

Azərbaycanda dövlət işçilərinin sayı azalıb. Bu il yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda 882 800 nəfər dövlət işçisi var. Keçən ilin eyni dövründə isə ölkədə 899 100 nəfər dövlət işçisi var idi. 

Son məlumatlara görə, dövlət işində çalışanların sayı 16 min 300 nəfər azalıb. Bu azalmanın səbəbləri nədir? 

Demokratikmusavat.comxəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda dövlət idarəçiliyi hələ tam şəkildə oturuşmayıb:

"Hazırda islahatlar davam edir. Hər il bir neçə struktur dəyişiklikləri həyata keçirilir. Bu dəyişikliklər zamanı həm azalmalar, həm də yeni iş yerləri olur. Amma daha çox azalmalar baş verir. Hesab edirəm ki, bu müsbət tendensiyadır. Dövlətdən maaş alan işçilərin sayının azalması müsbət tendensiyadır. Amma məsələ burasındadır ki, tendensiyanı müsbətə çevirmək üçün dövlət işindən azad olunan insanların özəl sektorda çalışması üçün yeni iş yerlərinin açılması təmin edilməlidir".

Akif Nəsirlinin fikirincə, bu iş yerlərinin açılması üçün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilməlidir:

"Əslində, proses elə getməlidir ki, dövlətlə özəl sektor bu məsələdə tərs mütənasib təşkil etməlidir. Yəni, bir tərəfdən dövlət işçilərinin sayı azalmalı, digər tərəfdən isə özəl sektorda işçilərin sayı artmalıdır. Bu tendensiya hələ yoxdur. Dövlət işçilərinin sayı ixtisar edilir. İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində işlərin görülməsinə küllü miqdarda vəsait ayrılır".

Akif Nəsirli hesab edir ki, dövlət müəyyən sahələrdə yükdən azad olunmalıdır:

"Həmin sahələri özəl şirkətlər tutmalıdır. Bu tendensiya belə getməlidir. Azərbaycanda sistem düzgün qurulmadığından hər iki tərəfdə, həm özəl, həm də dövlət sektorunda ixtisarlar gedir. Bu ümumi iş yerlərinin itkisidir”. 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
9
3
Demokratikmusavat.com

4Источники