Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb .
AZƏRTAC xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qızlar arasında (U18) solo yarışda fərqlənib.
Üçüncü yer uğrunda gərgin mübarizədə idmançımız Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.