RU

Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən kənd” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Altuntaxt, Alxan pəyəsi, Alçalı toponimi, Altuntaxt, Alçalıq oronimi və Alçalı hidronimi haqqında söz açılır. Bildirilir ki, Qərbi Azərbaycanda coğrafi məkanlarımızın izini itirmək üçün ermənilər sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qoyaraq arzularını gerçəkləşdirməyə çalışıblar.

Altuntaxt - Dərəçiçək mahalının Axta (Razdan) rayonda dağ adıdır.

Altuntaxt - Göyçə Kəvər (Kamo) rayonu ərazisində kənd adıdır. Kənd XIX əsrin əvvəllərində ləğv edilib və xarabalığa çevrilib.

Alxan pəyəsi - Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonda kənd adıdır. Kənddə 1831-ci ildən yalnız azərbaycanlı yaşayıb və 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi deportasiya olunub. 1920-ci ildə sağ qalanlar ata-baba yurdlarına qayıdıblar. Onlar 1923-1925-cı illərdə yenidən qədim yurdlarından qovulub və kənd xarabalığa çevrilib. Bu kəndi Vəkilovlar nəslindən olan Alıxan inşa edib. Alıxan qış, payız, yaz aylarında özünün mal-qarasını, qoyunlarını burada saxlayıb. Ona görə də kənd Alıxan pəyəsi adlandırılıb.

Alçalı – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.

Alçalı - Göyçə mahalının Qaranlıq (Martuni) rayonunda çay adıdır.

Alçalıq – Zəngəzur mahalının Qafan rayonunda dağ adıdır.

Sonda bildirilir ki, Azərbaycan türklərinin dədə-baba yurdlarına məxsus bu toponimlər də erməni saxtakarlığının qurbanı olub: “Lakin əminik ki, tarixi reallığın unudulmaması naminə Qərbi Azərbaycan ərazisində mövcud olan qədim yurd yerlərinə qayıdış və tarixi adların bərpası üçün aparılan haqlı mübarizə uğurlu olacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Избранный
1
2
report.az

10Источники