RU

Taekvondoçumuz Türkiyədəki beynəlxalq turnirdə medal qazandı

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Избранный
2
9
bakivaxti.az

10Источники