RU

“Haqq qazandırmaq üçün əsas yoxdur”

Suriya prezidenti Əhməd Şara, Bəşər Əsəd rejiminin devrilməsi səbəbiylə ölkəsinə qarşı sanksiyaların ləğv edilməsi lazım olduğunu təkrarlayaraq, “İndi rejimi aradan qaldırdıq, bu sanksiyalar ləğv edilməlidir, çünki rejimin süqutundan sonra sanksiyaların heç bir əsası yoxdur”, – deyib.

Müqavimətin ona böyük təsir göstərdiyini vurğulayan Şara, inqilabdan sonra “tükənmiş” bir ölkəni miras aldıqlarını və Suriyanı yenidən qurmaq məcburiyyətində qaldıqlarını bildirib.

Şara bildirib ki, müsbət mesajlar verdiyinə inandığı ABŞ prezidenti Donald Tramp daxili siyasətə və ABŞ iqtisadiyyatını canlandırmaya fokuslanıb.

Trampın Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlı olduğunu və bunun ümidverici bir başlanğıc olduğunu bildirən Şara Trampın xüsusilə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyacağı təqdirdə qlobal sülhün bərqərar olmasında böyük rol oynaya biləcəyinə diqqət çəkib: "Mən inanıram ki, heç bir güc insanları öz torpaqlarından qova bilməz”.

Şara, devrilmiş Bəşər Əsəd rejiminin törətdiyi sistematik cinayətlər, o cümlədən kütləvi qətllər zamanı sanksiyaların tətbiq edildiyini xatırladıb: “İndi biz rejimi aradan qaldırdıq, bu sanksiyalar ləğv edilməlidir, çünki rejimin süqutundan sonra bu sanksiyalara haqq qazandırmaq üçün heç bir əsas yoxdur”.

"Sanksiyaların ləğvi üçün nə edirsiniz?" Suala cavab olaraq Şara bildirib ki, bu yaxınlarda Dəməşqə səfər edən hər kəs sanksiyaların ləğvi ilə razılaşıb.

Ölkəsinin hazırda təhlükəsizlik problemləri ilə üzləşdiyini və bunun həlli yollarından birinin iqtisadi inkişafdan keçdiyini söyləyən Şara, “Biz buna diqqət yetiririk. İqtisadi inkişaf olmadan sabitlik ola bilməz, sabitlik olmasa, xaos və etibarsızlığı təşviq edən bir mühit yaratmaq riski ilə üzləşirik. Bütün bu məsələlər bir-biri ilə əlaqəlidir və birlikdə həll edilməlidir”, – deyib.

Избранный
89
vaxt.az

1Источники