RU

Çempionlar Liqasında “erkən final”ı “Real” qazandı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə (1/16 final) start verilib.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gəlib. Paris təmsilçisi bu görüşdə 3 cavabsız qolla qalib gələrək demək olar ki, cütün taleyini ilk oyunda həll edib.

Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) üz-üzə gəlib. Dortmundlular da bu qarşılaşmadan 3 cavabsız qolla qalib ayrılıblar və 1/8 finala xeyli yaxınlaşıblar.

İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını qəbul edib. “Erkən final” kimi qiymətləndirilən bu görüşdə qapılara 5 qol vurulub. Yekunda bu oyun da qonaq komandanın qələbəsiylə başa çatıb.

Yalnız İtaliya nəhəngi “Yuventus” doğma meydanda PSV-ni (Niderland) məğlub etməyi bacarıb. Bu cütün taleyinə böyük ölçüdə cavab görüşündə aydınlıq gələcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
11 fevral

“Brest” (Fransa) – PSJ (Fransa) 0:3
Qollar: Vitinya, 21-pen. Dembele, 45; 66.

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Girassi, 60. Qross, 68. Adeyemi, 82.

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 2:3
Qollar: Haland, 19; 80-pen – Mbappe, 60. B.Dias, 86. Bellingem, 90+2.

“Yuventus” (İtaliya) – PSV (Niderland) 2:1
Qollar: Makkenni, 34. Mbanqula, 82 – Perişiç, 56.

Избранный
42
12
arena.az

10Источники