Polis mayoru Üzeyir Abdullayev vəfat edib. News365.az xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Qazax rayonundan idi və xidməti dövründə dövlətə sədaqətlə xidmət etmişdi.
Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk. Allah rəhmət eləsin!