Bakı. Trend:
“Mingəçevir” daha bir futbolçusu ilə yollarını ayırıb.
Trend xəbər verir ki, bölgətəmsilçisi Elnur Mirzəyevlə vidalaşdığını açıqlayıb.
Onunla mövsümün əvvəlində bağlanan 1 illik müqaviləyə qarşılıqlırazılıq əsasında xitam verib.
Qeyd edək ki, I Liqa təmsilçisi daha öncə 6 oyunçusu iləyollarını ayırıb. Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev,Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla da müqaviləyəqarşılıqlı razılıq əsasında xitam verib.