RU

Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı

Meymun beynini insan beyninə çevirən mexanizm tapılıb.

hakimiyyet.az-ın məlumatına görə, kəşf ABŞ-nin Yel Universitetinin alimlərinə aiddir. Tədqiqatın nəticələri "Cell" jurnalında dərc edilib.

Alimlər müəyyən ediblər ki, meymun beyninin insan beyninə çevrilməsində "sürətlənmiş inkişaf zonaları" (Human accelerated regions - HAR) kimi tanınan xüsusi genetik keçiricilər əsas rol oynayıb.

Əvvəllər HAR-ın insanlarda və şimpanzelərdə genlərin işini fərqli şəkildə tənzimlədiyi düşünülürdü. Lakin yeni tədqiqat göstərdi ki, bu DNT sahələri hər iki növdə eyni gen dəstinin aktivliyini tənzimləyir. İnsanın unikallığı ondan ibarətdir ki, HAR bu genlərin işini xüsusi şəkildə idarə edərək, neyronların inkişafını və qarşılıqlı əlaqəsini müəyyən edir.

Tarixi kəşf genomun inqilabi üçölçülü xəritəsinin yaradılması sayəsində baş verib. Elm tarixində ilk dəfə alimlər HAR-ın həm insan, həm də şimpanze neyron kök hüceyrələrinə təsirini izləyə biliblər və məlum olan genetik açarların təxminən 90%-ni əhatə ediblər.

Tədqiqatçıların sözlərinə görə, HAR məhz insan beyninin formalaşması dövründə maksimum aktivlik göstərir. Genomun bu hissələri neyronların inkişafı və mürəkkəb neyron əlaqələri şəbəkəsinin yaradılmasına cavabdehdir ki, bu da beynimi̇zi unikal edir.

Maraqlıdır ki, tədqiqat həmçinin HAR ilə autizm və şizofreniya kimi xəstəliklərin inkişafı arasında əlaqəni aşkar edib. Bu kəşf bu mürəkkəb nevroloji pozuntuların başa düşülməsi və müalicəsi üçün açar ola bilər.

Digər mühüm kəşf HAR-ın inkişaf edən beynin spesifik hüceyrə tiplərində müəyyən genləri aktivləşdirmək və deaktivləşdirmək qabiliyyəti olub. Alimlər hesab edirlər ki, məhz bu xüsusiyyət insan beyninin digər primatlara nisbətən ölçüsünün artmasında əsas rol oynayıb.

Избранный
10
2
hakimiyyet.az

10Источники