“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.
Mask vurğulayıb ki, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib:
“USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. Agentlik səriştəsiz və çox korrupsionerdir”.