RU

Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər

Çinin Hunan əyalətində yanğınsöndürənlər ilk dəfə olaraq robot itdən istifadə ediblər.

hakimiyyet.az "Global Times"a istinadla xəbər verir ki, "X30" adlı dördayaqlı robot "DEEP Robotics" şirkəti tərəfindən düzəldilib.

Robot itin uzunluğu təqribən bir metr, çəkisi isə 56 kq-dır. O, mənfi 20 dərəcədən müsbət 50 dərəcəyə qədər temperaturda işləməyə qadirdir.

Robotdan qəza-xilasetmə missiyalarında, polis patrullarında, elektrik təchizatı sistemlərinin yoxlanılmasında və digər sənaye tapşırıqlarında istifadə olunur. Onun hərəkət radiusu 10 kilometr təşkil edir.

Uzaqdan idarə edilən robot məkanı skan edir, yerin xəritəsini hazırlayır və onu xilasedicilərə göndərir.

Избранный
17
1
hakimiyyet.az

2Источники