Çin avtomobil sənayesi sürətlə böyüməyə davam edir. Son illərdə qlobal bazarda mühüm yer tutan Çin avtomobil istehsalçıları daha da irəliləməyə çalışırlar.
Milli.Az xəbər verir ki, Çinin iki nəhəng avtomobil şirkəti - "Changan" və "Dongfeng" birləşmə qərarı alaraq avtomobil sektorunda yeni bir dövr açmağı hədəfləyir. Bu birləşmə nəticəsində yaranan yeni şirkət dünyanın beşinci ən böyük avtomobil istehsalçısına çevriləcək.
"Changan" və "Dongfeng"in güclərini birləşdirməsi ilə təchizat zəncirinin optimallaşdırılması həyata keçiriləcək, tədarük prosesləri birləşdirilərək səmərəlilik artırılacaq, xərclər azaldılacaq və məhsul qiymətlərində üstünlük əldə ediləcək, yeni texnologiyalar və innovasiyalar daha sürətli inteqrasiya ediləcək.
Məlumata görə, bu birləşmədən Dongfeng-in premium avtomobil brendi Voyah daha çox faydalanacaq. Voyah-ın yeni Dreamer modeli Huawei-nin inkişaf etmiş ADS 3.0 avtonom idarəetmə sistemi ilə təchiz ediləcək və təxminən 55.000 dollara satışa çıxarılacaq. Bu model Huawei texnologiyalarına sahib ən sərfəli avtomobillərdən biri olmağa namizəddir.
İki avtomobil nəhənginin birləşməsi nəticəsində illik 4,6 milyon avtomobil satışı planlaşdırılır. Bu göstərici ilə Çinin ən böyük, dünyanın isə beşinci ən böyük avtomobil qrupu olacaqlar.
Fidan
Milli.Az