RU

"Fənərbağça" və "Qalatasaray"ın pley-off oyunlarının HAKİMLƏRİ

"Fənərbağça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
 

"Fənərbağça" - "Anderlext" matçı Monteneqrodan olan hakimlər briqadasına tapşırılıb. Referi Nikola Dabanoviçə yan xətt hakimləri kimi Vladan Todoroviç və Srdan Yovanoviç köməklik göstərəcəklər. Dördüncü hakim Miloş Boşkoviç olacaq. VAR Paskal Müllerə, AVAR isə Robert Şxroderə (ikisi də Almaniya) etibar edilib.


"AZ Alkmaar" - "Qalatasaray" oyununu portuqaliyalı hakimlər idarə edəcəklər. Referi Joao Pineronun köməkçiləri Bruno Jesus və Lusiano Mola olacaq.

Dördüncü hakim funksiyasını Joao Qonçalveş yerinə yetirəcək. VAR Tiaqo Martinsə (Portuqaliya), AVAR isə Xuan Martinez Mnueraya (İspaniya) həvalə olunub.

Hər iki görüş fevralın 13-də keçiriləcək. "Fənərbağça" - "Anderlext" matçı Bakı vaxtı ilə saat 21:45-də, "AZ Alkmaar" - "Qalatasaray" qarşılaşması isə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunları fevralın 20-də olacaq.

Bizim.Media

Избранный
8
2
bizim.media

3Источники