RU

İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyanın Vuler şəhərində uşaq meydançasının altında II Dünya müharibəsi dövrünə aid 176 bomba aşkarlanıb.
Oxu.Az "Daily Mail"ə istinadla xəbər verir ki, bombalar uşaq meydançasının yenidən qurulması ilə məşğul olan işçilər tərəfindən aşkarlanıb.
Polis ərazini mühasirəyə alıb. Ekspertlər təsdiqləyiblər ki, aşkarlanan sursatlar təlim bombalarıdır, onların tərkibində hələ də partlayıcı maddələr var. Döyüş sursatları təhlükəsiz utilizasiya üçün götürülüb.
Bildirilir ki, meydançanın yerləşdiyi ərazi keçmişdə təlim poliqonu kimi istifadə edilib. Ərazinin təmizlənməsi işləri davam edir və mütəxəssislər əlavə döyüş sursatlarının tapılacağını istisna etmirlər.
Избранный
18
50
oxu.az

10Источники