RU

“Qalatasaray” "Trabzonspor"dan oyunçu transfer etdi - FOTO

Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, komanda "Trabzonspor"dan Eren Elmalını heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" 24 yaşlı sol cinah müdafiəçisi üçün 4 + 1,2 milyon avro ödəyəcək.

Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm "Trabzonspor"un heyətində çıxış etdiyi 22 rəsmi matçda 1 assistlə yadda qalıb. /Apasport.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
10
3
milli.az

4Источники