Bakı. Trend:
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarınayekun vurulacaq.
Trend xəbər verir ki, 2-cioyun günündə 4 matç keçiriləcək.
"Atalanta" "Brügge"nin qonağı olacaq. "Monako" evdə "Benfika"ilə qarşılaşacaq.
"Bavariya" səfərdə "Seltik"lə üz-üzə gələcək. "Milan" isəNiderlandda "Feyenoord"u sınağa çəkəcək.
Bu komandalar arasında cavab matçları fevralın 18-dəkeçiriləcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk 4 oyunu ötən gecəolub.
Əlavə edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizəaparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-dəkeçiriləcək. Bu mərhələnin ilk matçları 4-5 martda, cavabqarşılaşmaları isə 11-12 martda oynanılacaq.
12 fevral
21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)
00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)
11 fevral
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3
“Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) -0:3
“Brest” (Fransa) – PSJ (Fransa) - 0:3