RU

Vüsal İsgəndərlinin klubu Arif Ufuk Kahramanı istefaya göndərdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin “Boluspor” klubu baş məşqçisi Arif Ufuk Kahraman ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi ilə gənc mütəxəssis arasında baş tutan görüşdən sonra bu qərarın qəbul olunduğu diqqətə çatdırılıb. Birinci Liqa təmsilçisi həm baş məşqçisinə, həm də onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Arif Ufuk Kahraman 2024-cü il sentyabr ayında “Boluspor”un baş məşqçisi təyin olunmuşdu. 48 yaşlı mütəxəssis bu komandanı 22 oyuna çıxarıb. Bu görüşlərdə 9 qələbə qazanıb, 4 heç-heçə etmiş Bolu klubu 9 məğlubiyyətə üzülüb.

Vüsal İsgəndərlinin komandası Birinci Liqanın cari mövsümünün yarış cədvəlində 23 oyuna topladığı 33 xalla 9-cu pillədə qərarlaşıb. Bolu təmsilçisi bu oyunlarda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyət görüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. Azərbaycanlı hücumçu “Boluspor”da indiyə qədər 26 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
26
1
arena.az

2Источники