Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Dünya inkişafı haqqında Hesabat”ın təqdimatı mərasimində respublikamızın Dünya Bankı ilə sıx əməkdaşlığına mühüm önəm verildiyini, bu siyasətin ölkə tərəfdaşlıq çərçivəsinin strateji prioritetlərinə uyğun gəldiyini bildirib.
O bildirib ki, iqtisadiyyat, təxminən, 3,8 dəfə, qeyri-neft sektoru 3,7 dəfə artan Azərbaycanda makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin gerçəkləşdirilməsi və bu çərçivədə işlərin davam etdirilməsi prioritet istiqamətdir. Mərkəzi Bank pul siyasəti mexanizminin möhkəmləndirilməsini də bu prinsipə əsaslanaraq həyata keçirir.