RU

TÜRK SERİALINDAKI MUSİQİNİ AZƏRBAYCANLI XANIM AŞIQ İFA EDİB- VİDEO

Türkiyədə çəkilən məşhur “Çırak” serialının musiqisini Gürcüstanlı aşıq Nargilə Mehdiyeva ifa edib.

Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, Aktyor Ozan Akbaba Gürcüstanda yaşayan azərbaycanlı aşıq Nargilə Mehdiyeva ilə bağlı təsuratlarını bölüşüb. Ozan, “Çırak” serialının musiqisini Nargilə ilə birgə hazırladıqlarını deyib. Sitat: “Mahnılar da orijinaldır. Gürcüstanda yaşayan tərəkəmə dostum var. Adı Nargilə Mehdiyevadır. Oradakı nadir qadın aşıqlardan biridir. Bilirsiniz ki, Aşıq sənəti Dədə Qorquddan bu günə çatıb. Hazırda bu mədəniyyət Qafqazda daha dolu-dolu yaşanır. Nargilədən xahiş etdim, o da Uşakda bir verilişə gəlmişdi. Proqramdan qayıdanda İzmirdə bacımla qardaşımın olduğu evdə, bir otaqda mahnıları lentə aldılar. Bütün serialı onun orada oxuduğu mahnılarla bəzədim. Müdhiş bir şey alındı. “Soundtrack” olaraq çox nadir işlədik. Ekran işindəki mahnılar səhnələrə uyğun hazırlandı. Tamaşaçılar tərəfindən musiqi çox bəyənildi".

Aktyor Ozan Akbaba bildirib ki, Aşıq Nargilə Mehdiyeva 12 yaşından aşıq sənəti ilə məşğul olmağa başlayıb. O, ilk dəfə 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində keçirilən qadın aşıqları müsabiqəsində birinci yerə layiq görülüb. Daha sonra Gürcüstanda keçirilən festivalda iştirak edib və unikal ifaçı adına layiq görülərək, 1-ci yerə çıxıb. Mehdiyeva bu günədək bir çox yerli və xarici festivallarda uğurla iştirak edib. O, bir sıra şəhər və bölgələrdə saz kursları təşkil edib və çox sayda şəyirdlər yetişdirib.

Sevindirici faktdır!

 

Избранный
13
tezadlar.az

1Источники