RU

Coşqun "Çorum"da dublla debüt etdi

Coşqun Diniyev Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətində başlayıb. O, bu matçda "Çorum"un iki qolunu vurub və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu pillədə qərarlaşıb.

Избранный
12
2
football-plus.az

10Источники