RU

Bitkoin son sutka ərzində 2,5 min dollar ucuzlaşıb


Bitkoinin qiyməti son bir sutka ərzində 2,5% və ya 2 min 500 dollar ucuzlaşaraq 95 min 700 dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu “Binance” platformasının məlumatında göstərilir.
Qeyd edək ki, Bitkoinin qiyməti ötən ilin dekabr ayının 17-də 108 min dollara çataraq tarixi zirvəyə yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayının əvvəlindən etibarən Bitkoinin qiymətində kəskin artımlar müşahidə olunub. Qiymətlərin kəskin yüksəlməsinin əsas səbəbi ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın kriptovalyutalar ilə bağlı verdiyi açıqlamalar olub. Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu sahədə real addımlar atmadığı üçün Bitkoin qiymətlərində yenidən ucuzlaşma müşahidə olunmaqdadır.

Murad Məmmədov
Избранный
85
10
yeniavaz.com

10Источники