RU

Bakıdakı "Rus Evi" tam boşaldılır - FOTO

Bakıdakı "Rus evi" tam boşaldılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, binanın üzərindəki "Russkiy Dom" və "Rus Evi" yazıları artıq sökülüb və binanın içi boşaldılır.

Qeyd edək ki, ötən gün "Rus Evi"nin üzərindəki yazılarılan sökülməsinə başlanılmışdı.

"Rus Evi"nin sosial şəbəkə hesabında qurumun fəaliyyətini dayanadırması barədə açıqlama yayılmışdı. "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyi - "Rus Evi" fəaliyyətini dayandırmaq üçün tədbirlər görür", - açıqlamada bildirilib.

Xatırladaq ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
  • Bakıdakı
Избранный
4
2
day.az

3Источники