RU

ABŞ nüvə sualtı qayığı ilə yarımadaya daxil oldu –Şimali Koreya bəyanat verdi

“Fevralın 10-da ABŞ Hərbi Dəniz Qüvvələrinin Los-Anceles sinfinə aid nüvə sualtı qayığı “Alexandria” ekipaj üzvlərinə istirahət vermək və hərbi təchizatı artırmaq bəhanəsi ilə Busandakı (Cənubi Koreyanın liman şəhəri – red.) əməliyyat bazasına daxil olub. Bu il Koreya yarımadasının sularında Amerika nüvə sualtı qayığının ilk dəfə açıq şəkildə görünməsi ABŞ-ın KXDR-ə qarşı dəyişməz qarşıdurma isteriyasının cəmlənmiş ifadəsidir, ölkəmizin təhlükəsizlik vəziyyətinə təhdiddir və regionda hərbi gərginliyi gücləndirən sabitliyi pozan amildir”.

AzPost bildirir ki, bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada qeyd edilir ki, ABŞ Şimali Koreyanın təhlükəsizlik narahatlığına açıq şəkildə məhəl qoymur.

“Biz ABŞ-ın Koreya yarımadası regionunda əsl silahlı münaqişəyə səbəb ola biləcək ən təhlükəli düşmən hərbi hərəkətindən ciddi narahat olduğumuzu bildiririk. Biz onları sabitliyi pozan təxribatlara son qoymaları üçün ciddi xəbərdarlıq edirik”.

 

Избранный
11
azpost.info

1Источники