RU

ABŞ-ın xüsusi nümayəndəsi Vaytkof Rusiyanı Marc Fogel ilə birlikdə tərk edib – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vaytkof Rusiyanı həbsdən azad edilən amerikalı Mark Fogel ilə birlikdə tərk edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik müşaviri Mayk Uoltsun bəyanatında qeyd olunub.

Onun sözlərinə görə, Fogel məhbus mübadiləsi nəticəsində sərbəst buraxılıb, lakin onun kiminlə dəyişdirildiyi açıqlanmayıb.

Ağ Ev bu mübadiləni Rusiyanın "xoş niyyət jesti" və Ukrayna münaqişəsinin həlli istiqamətində müsbət siqnal kimi qiymətləndirib.

Fogelin mümkün azadlığa buraxılması ilə bağlı müzakirələr prezident səviyyəsində aparılıb. Danışıqlarda Donald Tramp və onun yaxın müşavirləri, o cümlədən Stiv Vaytkof iştirak edib.

Xatırladaq ki, 2022-ci ildə Rusiya məhkəməsi Mark Fogelə narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzası vermişdi. O məhkəmədə ittihamı qəbul etdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники