RU

Kiyev şəhəri raket atəşinə tutulub: Ölənlərin sayı artır

Fevralın 12-nə keçən gecə paytaxta endirilən raket zərbəsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, ölən və yaralananlar şəhərin Obolonski rayonundandırlar. Kliçko əlavə edib ki, qurbanlar arasında xəstəxanaya yerləşdirilən 9 yaşlı qız da var. “Obolonski rayonunda indiyədək bir ölüm faktı, üç yaralı var, onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib, birinə isə yerindəcə kömək göstərilib”, – mer qeyd edib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, hazırda xilasedicilər Kiyevin Obolonski, Svyatoşinski və Qoloseyevski rayonlarında Rusiyanın hücumunun nəticələrini aradan qaldırır. Onlar qeyd ediblər ki, Obolonski rayonunda iki inzibati bina dağılıb, onlardan birində yanğın başlayıb və o, söndürülüb. Xilasedicilər Kiyevə raket hücumunun nəticələrini aradan qaldırıblar.

Saat 09:22 -yə olan məlumata görə, hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Qismən dağılmış inzibati binada baş verən yanğın söndürülüb.

//Samir Qurbanov, Editor.az

 

Избранный
18
editor.az

1Источники