RU

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Bakı, 12 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 16-da inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 812 namizəd qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Избранный
42
28
azertag.az

10Источники