İngiltərədə uşaq parkında 170-dən çox bomba aşkar edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, tapılan döyüş sursatları İkinci Dünya Müharibəsindən qalıb.
Parkda aparılan təmir işləri yarımçıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.