ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə dünya üzrə bir neçə konsulluqları bağlaya bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, Sakit Okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir.
Təşəbbüs artıq Trampa təqdim edilib, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib.
Bununla belə, Dövlət Departamenti konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib.