RU

Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbərvəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olanBA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğundafəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğundainzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğunvəzifələr üzrə qəbul imtahanı keçirəcək.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunub ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektronqaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 812 namizədqeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılışvərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkənşəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılışvərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələnnamizədlər imtahana buraxılmır.

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçünisə AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupuüzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanıiştirakçıları bu linkə daxil olub “İmtahana buraxılışvərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruriməlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydadatəşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dənsonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədinəslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Избранный
35
28
az.trend.az

10Источники